Cü, 2024.04.26, 13:05
Welcome, Qonaq
Menyu
Google Plus
Webmaster
Ana Səhifə » 2012 » Avqust » 7 » PageRank Nədir?
15:51
PageRank Nədir?

Google PageRank Haqda. Bütün incəlikləri ilə... Webmaster olmaq istəyirsinizsə Google PageRank haqda mütləq geniş məlumata, təcrübəyə sahib olmalısınız...

Google PageRank Bir Webmaster,SEO ustası olmaq istəyənin bilməsi gərəkən ən önəmli şeylərdən biridir.Buna görə bu məqaləni səbr ilə oxuyun...Yararlı olması diləyi ilə...

Google PageRank Nədir?

Google PageRank Google un istifadə etdiyi alqoritm nətixəsində saytınıza verdiyi qiymətdir.Bu qiymət 0-10 arasında dəyişir.Bu qiymət bir sayta verildiyi kimi saytın səhifələrinə də verilir.Misal üçün: wm.ucoz.net/forum 

PageRank nəyə lazımdır?

PageRank Google da axtarış zamanı saytınızın yerini müəyyən etmək üçün lazımdır.Misal üçün 

Google da "Azərbaycan" yazaraq axtarış versək ilk olaraq qarşımıza azerbaijan.az saytı, ikinci yerdə isə tr.wikipedia.org/wiki/Azerbaycan səhifəsi gələcək...

azerbaijan.az ın PageRank dəyəri - 7

tr.wikipedia.org/wiki/Azerbaycan səhifəsinin PageRank dəyəri isə - 5 dir.

Burada diqqətinizə çatdırmaq istəyirəm ki tr.wikipedi.org un (ana səhifənin) PageRank dəyəri 8 dir.Amma burada axtarış sözü "Azərbaycan" olduğu üçün əsas olaraq tr.wikipedia.org/wiki/Azerbaycan səhifəsinin PR(PageRank -Bundan sonra PR kimi yazacağıq) dəğəri götürülür...

Misallarımızdan aydın olur ki, Google PR dəğəri yüksək olan saytı daha öndə verir.PageRank terminini azərbaycan dilində link populyarlığı kimi düşünmək olar...

Saytın PageRank qiyməti nələrdən asılıdır?

PageRank ın qiyməti aşağıdakı amillərdən asılıdır:

Sayt verilən linklərin sayından

Sayta link verən saytların PageRank dəyərindən

Saytın Yaşından

Link vermək dedikdə bu başa düşülür:

Google 

bu misalda məm google.az saytına link vermiş oldum.Mən bu linki yazı içərsinidə yazdım.Bu google az üçün çox da böyük bir dəyərə sahib deyil.Yəni Google bu linki çox da yüksək qiymətləndirmir.Amma bunun da başqa cəhətlərdən xeyirləri var.Bunları gələcək məqalələrimizdə açıqalayacağıq...Amma mən bunu Ana Səhifədə bir yerə yerləşdirsəydim bu google.az saytı üçün dəyərli bir link olardı...

Domain yaşı da Google PageRank dəyərniz üçün vacibdir.Saytın yaşı nə qədər çox olsa, bir o qədər yaxşıdır...

Bunu da qeyd edim ki...Google öz saytlarına da PR qiyməti verir.Misal üçün:

Google.az - PR 6

Googel.com.tr - PR 8

Google.com - PR 9 

 

Bunu da qeyd edək ki bizim saytımızın - wm.ucoz.net in PR dəyəri hələkilik 3 dür(Avqust 2012)

 

Saytın PageRank qiymətini hardan ölçə/öyrənə bilərəm?

Saytın PR dəyərini öyrənmək üçün müxtəlif programlar və saytlar var...

Program olaraq isə ParaMeter i tövsiyə edirəm...

Qeyd edim ki, netdə çoxlu Fake(Yalançı) PR Checker(Ölçən) lər var.Onlardan istifadə etməməyə çalışın.Yanlış sayt,program seçimi sizi yanıldacaqdır...Diqqətli olun...

Başqa saytları Googledan "Check PR" axtarış edərək tapa bilərsiniz...

 

Google PageRank qiymətləri nə zaman dəyişir?

Google Saytların PR qiymətlərini xüsusi vaxtlar/periodlar ərzində dəyişir.Google PR qiymətlərini toplu halda dəyişir.Yəni hər sayt üçün müxtəlif zamanda yox, hamısı üçün eyni zamanda dəyişir.

Bu dəyişikliyə "Google Güncəlləmə" adı verilir.Məsələn bu ay bir Google Güncəlləməsi oldu (02-08-2012)

Google Güncəlləmələri nə vaxt olur? Bu sualın cavabını Google dan başqa heç kim verə bilməz.Amma Google un Güncəlləmə etdiyi vaxtlar hər 3 aydan birdir.Dəqiqini isə heç kim deyə bilməz!

Google güncəlləmə olduğu zamanlar biz bu bölmədən xəbər verəcəyik:

 

Google PageRank Yüksək olmasının sayt üçün nə xeyirləri var?

 Bilirsiniz ki, Google dünyanın ən böyük Axtarış sistemidir.Təbii ki biz hər hansı bir şey haqda məlumat axtaranda Google a giririk və lazı olan şeyi axtarırıq.Bu zaman sizin PR dəyərinizi yüksəkdirsə, sizin saytınızın adı ən yüksəkdə gələcək(Təbi ki həmin axtarış haqda sizin saytda bir şey varsa).Bu da sizin istifadəçi qazanmağınız üçün çox vacibdir.

Buna görə də bir Webmasterin,SEO Ustasının ən dərin bilməsi gərəkən mövzulardan biri elə məhz Google PageRank mövzusudur...

Təbii ki, bu haqda ən geniş məlumat da Azərbyacanın ilk Webmaster Saytında!

Bölmə: Məlumatlar | Baxış: 1883 | Yazar: Admin | Etiketlər: pr nədir, google pr, pagerank nedir, google pagerank, PageRank, pagerank nədir, google pr nedir, google pr nədir, google, google pagerank nedir | Reyting: 5.0/2
Bütün Şərhlər: 1
0  
1 cem   (2013.05.04 13:45) [Mövzu]
http://www.sellukaweb.com buda benim sitem

Sadəcə Qeydiyyatlı İstifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]