Cü, 2024.03.29, 12:27
Welcome, Qonaq
webmaster texnologiya xəbərləri
[ Forum
  • Page 1 of 1
  • 1
Forum » Forum » Forum Qaydaları » Forum Qaydaları! (Forumda davranış qaydaları.Oxumağınız Tövsiyə olunur...)
Forum Qaydaları!
AdminTarix: Cü, 2012.06.01, 16:47 | Mesaj # 1
Rank 10
Qrup: Admin
Mesajlar: 20
Mükafatlar: 0
Rep Sayı: 0
Status: Offline
Ən Əsası, Forumda Yazı Yazarkən, Mövzu Açarkən, Şərh Yazarkən Yalnız Azərbaycan Şriftlərindən İstifadə Edin!

1. Forum'da siyasi və dini məzmunlu yazı, siyasi və dini təbliğat, ümumi əxlaqa zidd küfürlü yazı, arqo qəbul edilən yazılar, təhqir yazılar, eyni şəkildə, başqa bir şəxsi kiçildici və ya təhqir edici yazı yazmaq qadağandır.

2. Forum istifadəçiləri yeni bir mövzu başlığı açmadan əvvəl o mövzunun Forum'da mövcud olub olmadığını nəzarət etməlilər. Bunun üçün Forumun axtarış xüsusiyyətindən istifadə edə bilərlər.Keçmişdə müzakirə olunmuş mövzular yenidən müzakirə edilə bilməz!

3.İdarəçilər hər yazılan mesajı idarə edə bilməyə bilərlər. İdarəçilərdən əvvəl qaydalara zidd bir mesajla qarşılaşdığınızda xahiş olunur mesajı və ya mövzunu idarəçilərə bildirin.

4. Mesaj yazarkən böyük hərf istifadə etmək qışqırmaq mənasını verəcəyi üçün yazılarınızı qətiliklə böyük hərf istifadə edərək yazmayın.

5. Mövzu başlıqlarını mövzunun məzmununu ifadə edən şəkildə seçilməsi lazımdır. Forum'da yazılacaq mövzular əlaqədar hissələrə yazılmalıdır.

6. Üzv olarkən əxlaqsız ad seçmək, başqasının istifadəçi adı ilə foruma qatılmaq, sadəcə forumda tez qeydiyyatdan keçmək üçün mənasız adlar seçmək("asdf"), imzalara Siyasi Məqsədli yazılar yazmaq, reklam etmək qadağandır.

7. Forum içində profildə ya da imzada, siyasət, təşkilat və ya bir partiyanın simvolu olan şəkillər qətiliklə istifadə edilə bilməz!

8. Forum istifadəçilərinə reklam məqsədli Ş.M lər göndərmək qadağandır.Belə hal baş verdikdə Admin ilə əlaq saxlayın!

9. İdarəçilər, yazılan yazının mövzusuyla əlaqədar olmayan bir hissədə yazıldığına qərar versələr və (və ya) mövzunun uyğun olmadığına qərar versələr yazını uyğun hissəyə köçürər və ya silərlər. Bu səbəblə etiraz növü yazıların da silinməsi, və ya cavablandırılması idarəçinin əlindədir.

10. Hər hansı bir kömək yada bir məqsəd olmadan gərəksiz yerə köhnə mövzular aktiv edilə bilməz!

11. Forumun davranış qaydaları haqda istifadəçiəri davamlı məlumatlandırmaq Adminin və ya moderatorların vəzifəsi deyil. İştirakçılar bu qaydaları oxuyub əmal etməlidirlər.

12. Forumda davranış qaydalarına riayət etməyənlər cəzalandırılacaq.Müəyyən vaxtlıq və ya həmişəlik forumdan uzaqlaşdırılacaqlar.

13. Forumun rəsmi dili Azərbaycancadır, beynəlxalq danışılan dil olan İngiliscədə və ya Rusca istifadə oluna bilər.Digər dillərin istifadəsi İdarəçi icazəsinə bağlıdır.

14. Forumda yazdığınız hər yazının və ya hər mesajın məhsuliyyəti sizə aiddir.Sizin yazılraınızdan və (və ya)mesajlarınızdan sayt idarəçiləri cavabdeh deyil!

15. Şəxsi müzakirə şəklinə çevrilən Mövzular dərhal bağlanır!!!

16. Şəxsi Mesajlar forum içərisində üzvlər tərəfindən yayımlanması qadağandır!

15. Başqa Forumlara üzv və ya istifadəçi toplamaq üçün yazılan reklam mahiyyətində yazılar (Şəxsi ismarıc Daxil) Qadağandır.Bu şəkildə davranan üzvlərin üzvlükləri durdurulacaqdır!

16. Üzvlərin Forum içində yazdığı məlumatlar yada link verdiyi fayllar, digər istifadəçiləri çətin vəziyyətdə buraxacaq, yada cihazlar üçün təhlükə yaradacaq fayllar (virus, keylogger vs.) Daşımamalıdır.Bu zaman məhsuliyyət həmin istifadəçinindir.Belə hal baş verdikdə Admin ilə əlaqə Saxlayın!!!

17. Hər hansı bir sahədə kəsləri, təşkilatları, müəssisələri və ya Dövləti kiçik salacaq şəkil, yazı və s.. şeylər qətiliklə qadağandır.

18. İmza sahələrinə hər cür forum linki və forum əlaqəli portal linki, ticari sayt linki, reklam məqsədli mesaj, msn, mail, telefon ... vs. Yazıla bilməz!

19.Başqa bir forumdan/saytdan/bloqdan va ya başqa bir yerdən aldığınız(Copy+Paste) məlumatlardan istifadə edərkən "ALINTI" olduğunu mütləq qeyd edin.Hamının əziyyətinə hörmət qoyun.

Çalışaq ki, burada gözəl bir mühit yaradaq!!!Birlikdə öyrənək, öyrədək.Azərbacanın Ən yaxşı WebMaster Saytı olaq!!!

Oxuduğunuz üçün təşəkkür edirik...

WM.ucoz.net Admini...


Forum Qaydalarına Əməl edin
Bir təşəkkürü çox görməyin.Hamının əziyyətinə hörmət qoyun


Forum Qaydalarına Əməl edin
Bir təşəkkürü çox görməyin.Hamının əziyyətinə hörmət qoyun
 
Forum » Forum » Forum Qaydaları » Forum Qaydaları! (Forumda davranış qaydaları.Oxumağınız Tövsiyə olunur...)
  • Page 1 of 1
  • 1
Search: