Cü, 2024.04.26, 03:45
Welcome, Qonaq
Menyu
Google Plus
Webmaster
Ana Səhifə » 2012 » İyun » 4 » SEO Nədir?
17:02
SEO Nədir?

SEO - (Search Engine Optimization) ,Yəni "Axtarış Sistemi Optimallaşdırması" .

Bilirsiniz ki, Dünyada çoxlu Axtarış Sistemləri mövcuddur.Bunlardan Ən məhşurları: Google, Yahoo, Bing, Yandex, Ask-dır.Bunar hamımızın tanıdığı məhşur Axtarış Sistemləridir.Fikirləşək, Axtarış Sistemlərindən biz nə üçün istifadə edirik?Əlbəttə ki, Axtarış etmək üçün :) .Biz hər hansı Axtarış sistemində nə isə bir şeyi Axtaranda önümüzə bir çox nəticə gəlir.Biz bunlardan birini (90% halda ən yuxardakını) seçib daxil oluruq, xoşumuza gəlməsə ondan aşağıdakını və s.Deməli, biz hər hansı saytdakı informasiyanı Axtarış Sistemləri ilə tapırıq.Yəni burada əsas məsələ ən öndə olmaqdır ki, saytımıza istifadəçi daxil olsun.Əgər Saytımızın adı axırlarda və ya 2, 3, 4 vs... səhifələrdə olsa istifadəçinin saytımıza daxil olmaq ehtimalı azalır.Bəs biz necə öndə ola bilərik?Elə bunu təmin edən də Axtarış sisteminin özüdür.Bəs Axtatrış Sistemi saytları nəyə görə sıralayır?Axtarış sistemləri isə, saytları populyarlığına görə sıralayır.Bu populyarlıq saytımızın tərkibindən asılıdır.Elə SEO ustaları da saytları elə hazırlayır ki, sayt Axtarış sistemləri tərəfindən yaxşı tanınsın və ilk sıralarda çıxsın.

SEO Haqda

SEO Saytın populyarlığı üçün çox vacibdir.Çox insan saytını SEO ustalarına təhvil verir(təbii ki, özü bilirsə özü edir).Onlar da aldıqlar pula görə  saytınızın "SEO məsələsini" həll edir.Beləliklə saytımıza daxil olan istifadəçi sayı artır.Axtarış sistemlərində ilk sıralara çıxmaq üçün Sayt içi SEO da lazımdır.

Nədir Sayt içi SEO?

Sayt içi SEO saytınızın tərkibinin təmizliyi və gözəlliyidir.Saytınızın tərkibi:

Öz məqalələriniz olsa (Copy+Paste siz şəxsi məqalələriniz, alıntısız/çalıntısız məqalələr), məqalələr içərisində linklər ilə keçidlər olsa(öz saytınızın fərqli hissələrinə), Googlenin spam kimi tanıya biləcəyi scriptlər olmasa saytınızın Axtarış Sistemlərində populyarlığı artar.SEO ümumi baxışda elə budur -Axtarış Sistemlərində Sayt Populyarlığının Artırılması- . 

SEO və  Axtarış Sistemlərində Sayt Populyarlığı haqda gələcək məqalələrimizdə daha çox danışacağıq.Saytınızı hər zaman ən üstdə tutmağınız üçün sizə kömək edəcəyik. 

Bölmə: Məlumatlar | Baxış: 1474 | Yazar: Admin | Etiketlər: sayt içi seo, seo haqda, nədir, seo öyrən, seo, seo nədir | Reyting: 5.0/1
Bütün Şərhlər: 0
Sadəcə Qeydiyyatlı İstifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]