Şə, 2024.04.27, 02:54
Welcome, Qonaq
Menyu
Google Plus
Webmaster
Ana Səhifə » 2012 » İyun » 5 » Google Məhsulları haqda
13:24
Google Məhsulları haqda
Google Products
 
Böyük Axtarış Sistemi olan Google sadəcə "Axtarış Sistemi" ilə yox başqa xidmətləri və programları ilə tanınır... Buyurun onlar haqda...
 
Google SketchUp 
 
SktechUp sadə üçölçülü obyektləri modelləşdirmək üçün proqramdır (quruluşlar, mebellər, interyer). 2006-cı ilin martında çox da böyük olmayan @LastSoftware firmasıyla birlikdə Google şirkəti tərəfindən inkişaf etdirilir. Proqramın iki versiyası mövcuddur — pulsuz, məhdudlaşdırılmış (başqa formatlara ixrac funksiyası ilə) və pullu (SketchUp Pro, $495 ). Ancaq, məhsulun daha yeni versiyasının çıxışından sonra Pro-nun köhnəlmiş versiyası pulsuz olur.Bu 3 ölçülü modellər hazırlamağa kömək edən programı buradan yükləyə bilərsiniz.
 
Google Maps
 
Google Maps (keçmiş Google Local) veb xəritə programıdır, Google tərəfindən hazırlanıb, pulsuzdur (qeyri-kommersiya məqsədilə), bir çox xəritə əsaslı xidmətləri özündə birləşdirir (Google Maps saytı, Google Ride Finder,Google Transit) və üçüncü tərəfdən Google Maps API-lərindən istifadə etməklə xəritələri digər web-səhifələrdə yerləşdirmək imkanı verir. Bu xidmət həmçinin küçə xəritələri, nəqliyyat yollarının planlaşdırmalarını istifadəçiyə təqdim edir. Google Maps-in peyk xəritələri dərhal yenilənmir, onların adətən bir neçə ay, bəzən isə bir neçə il sonra dəyişdirilir.Bu online xəritəyə buradan daxil ola bilərsiniz.
 
Google Picasa 
 
Google Picasa Google tərəfindən hazırlanmış bir şəkil çəkmə/redaktə programıdır.Bu programdan istifadə etməklə vebdən şəkillər axtara bilər və bu şəkillər üzərində müxtəlif əməliyyatlar edə bilərsiniz.Geniş seçim imkanları təqdim edən çoxfunksiyalı bir programdır.Bu program həm profesyonallar həm də adi istifadəçilər üçün nəzərdə tutulub.İsitfədsi rahatdır.Bu programı aşağıdakı linkdən köçürə bilərsiniz.
 
Google Earth
 
Google şirkəti 2001 ilindən bəri bir çox şirkətlərlə ortaqlıq qurmuş və bir çox şirkəti almışdır.2004 ilində aldığı Keyhole şirkəti ilə Google Earth ün təməli qoyuldu.Şirkət əvvəl Earth Viewer adlandırıldı.Bu xidmət ilə Google istifadəçiyə Dünyanın 3 ölçülü təsvirini təqdim edirdi.2005 ilində isə ad dəyişdirildi və Google Earth oldu.Google 2008-ci ildə GeoEye şirkəti ilə razılaşdı və yüksək keyfiyyətli görüntülər çəkərək göndərə bilən bir peyk 2008-ci il 6 İyulda kosmosa göndərildi.Sadəcə 2005-ci ildə ABŞ şəhərlərinin çoxunu özündə toplayan program.Bir il sonra Dünyanın çoxu şəhərlərini artıq özündə toplamışdı.Bu programı aşağıdakı linkdən yükləyə bilərsiniz.
 
Google Chrome
 
Chrome Google tərəfindən hazırlanan açıq qaynaq kodlu İnternet brauzerdir.Chromium isə Google Chrome arasındakı layihəyə verilən ümumi addır.İlkin olaraq Windows üçün hazırlanan brauzer 2 Sentyabr 2008 tarixində, 43 fərqli dildə istifadəyə verilmiştir.Programın istifadəsi və görünüşü haqda yəqin ki, hamınızın məlumatı var.Buna görə bu qədər kifaytədir.Bu brauzerin son versyasını bu linkdən yükləyə bilərsiniz.
Bölmə: Google | Baxış: 1478 | Yazar: Admin | Etiketlər: google, Google Earth, Google maps, google şikəti, google products, Youtube, google məhsulları, Picasa, google reklamları, gmail | Reyting: 5.0/1
Bütün Şərhlər: 0
Sadəcə Qeydiyyatlı İstifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]